Papa məsciddə dua etdi

Papa məsciddə dua etdi
  30 Noyabr 2014    Oxunub:1598
Roma papası Fransiski İstanbula səfəri zamanı pravoslav patriarxı Varfolomey qarşılayıb. Onlar bazar günü birlikdə “Bizansın səma hamisi” apostol Andrey gününü qeyd edəcəklər.

Roma papası İstanbul Müftisi Rəmi Varanın müşayiəti ilə ilk olaraq Sultan Əhməd məscidinə gələrək dua edib.

Bundan sonra papa kilsəyə gedib. Burada onun iştirakı ilə ayin icra olunub.

Roma papasının İstanbula səfəri çərçivəsində Aya Sofya muzeyinə, Vatikanın İstanbul təmsilçiliyinə və Fənər Rum Patriarxlığına baş çəkəcəyi də bildirilir.


Teqlər:





Xəbər lenti