Ermənistan borc içində üzür

Ermənistan borc içində üzür
  29 Noyabr 2014    Oxunub:2080
Ermənistanın dövlət borcunun həcmi durmadan artır.

AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistanın “Çorrord işxanutyun” qəzeti xəbər yayıb.

“Bu ilin noyabr ayının birinə olan göstəricisinə görə, Ermənistanın dövlət borcu 4 milyard 464 milyon 796 minə çatıb. Oktyabrın biri ilə müqayisədə ölkənin borcu bir ayda 15 milyon dollar artıb”, - deyə məqalədə vurğulanır.

Ölkənin xarici borcu isə 3,7 milyard dollar təşkil edir ki, bunun da 3,2 milyard dolları ölkə hökumətinin borcudur.

Qeyd edək ki, Ermənistan hökumətinin son iclasında 40 milyon dollar həcmində kredit proqramı təsdiqlənib. Bu isə ilin sonuna kimi Ermənistanın dövlət borcunun yenidən artması anlamına gəlir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti