Azərbaycanda ailə strategiyası hazırlanıb

Azərbaycanda ailə strategiyası hazırlanıb
  29 Noyabr 2014    Oxunub:1188
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideyn məsuliyyəti ilə bağlı da qanun layihəsi hazırlayıb
Ailə Strategiyasının layihəsi artıq hazırdır, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ilin sonunadək hökumətə təqdim olunacaq.

Bu barədə APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva bildirib.

A. Sofiyeva deyib ki, Ailə Strategiyasının hazırlanması ilə əlaqədar Dövlət Komitəsi müvafiq qurumlarla əməkdaşlıq edib, təkliflər öyrənilib, bunun əsasında sənəd hazırlanıb.

Sədr müavini qeyd dib ki, Ailə Strategiyasında ailə məsələlərinə strateji baxış, dərin təhlil və gələcək fəaliyyətin istiqamətləri əksini tapıb: “Ailə Strategiyasında aztəminatlı, çoxuşaqlı ailələrlə bağlı məsələlər nəzərdə tutulub. Ümumiyyətlə, ailələrin sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar məsələlər sənəddə əksini tapacaq”.

A. Sofiyeva Dövlət Komitəsinin valideyn məsuliyyəti ilə bağlı qanun layihəsi də hazırladığını, hazırda müvafiq qurumlarla razılaşdırma mərhələsində olduğunu nəzərə çatdırıb: “Sənəddə Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və digər qanunvericilik aktlarına dəyişikliklər nəzərdə tutulur”.


Teqlər:





Xəbər lenti