Prezidentin oğlu ruslara qarşı döyüşdən danışdı

Prezidentin oğlu ruslara qarşı döyüşdən danışdı
  29 Noyabr 2014    Oxunub:1874
Ukrayna prezidentinin oğlu Aleksey Poroşenko Ukraynanın şərqində xüsusi əməliyyat zonasında keçdiyi hərbi xidmətdən danışıb.
Bu barədə AzVision.az “TSN”-ə istinadən xəbər verir.

“Mən professional hərbçi deyiləm, mən irəliyə gedən kommandos da deyiləm. Min minaatan bölmədə idim... Biz orada atəş açırdıq və digər hərbçilərə döyüşməkdə kömək edirdik”, - deyə Aleksey bildirib.

Onun sözlərinə görə, onun batalyonu döyüşlərin gərgin olduğu ərazidə xidmət edib, ətrafdakıların təhlükəsizliyi üçün isə o, familiyasını Anisenko soyadına dəyişməyə məcbur qalıb.

Qeyd edək ki, daha əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko bəyan etmişdi ki, onun oğlu könüllü şəkildə ölkənin şərqində artilleriya qoşunlarında xidmət edib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti