ABŞ-da kütləvi həbslər davam edir

ABŞ-da kütləvi həbslər davam edir
  29 Noyabr 2014    Oxunub:2003
ABŞ-ın Ferqüsson şəhərində polis tərəfindən qaradərili yeniyetmə Maykl Braunun öldürülməsi ilə bağlı keçirilən aksiyalar zamanı ən azı 15 nəfər saxlanılıb.

Bu barədə Azvision.az “Reuters”ə istinadən xəbər verir.

Qeyd edək ki, noyabrın 25-i ABŞ-ın Ferqüsson şəhərində baş verən toqquşmalar zamanı həbs olunan şəxslərin sayı 80 nəfərə çatıb.

Bununla da, toqquşmalar başlayandan bəri həbs olunan şəxslərin sayı ümumilikdə 138 nəfərə çatıb.

Missuri ştatının qubernatoru Cey Nikson Ferqüssona Milli Qvardiyanın yeridilməsi ilə bağlı əmr verib.

Məlumata əsasən şəhərdə toqquşmalar böyük jürinin qaradərili yeniyetməni öldürən polis əməkdaşını məhkəməyə cəlb etməmək qərarından sonra başlayıb.

Xatırladaq ki, bu ilin avqust ayının 9-da qaradərili Maykl Braun mağazanı qarət edərkən ağdərili polisin açdığı atəş nəticəsində həlak olub. Daha dəqiqi, Braun mağazadan bir qutu siqar götürüb və pulu verməyib, satıcıya kobudluq edərək gedib. Bu, mağazadakı kameranın çəkdiyi kadrlardan da görünür.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti