Prezident neftə görə maaşını azaldır

Prezident neftə görə maaşını azaldır
  29 Noyabr 2014    Oxunub:2576
Venesuela neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq büdcə xərclərini azaldacaq.
AzVision.az-ın məlumatına görə, bu barədə “Telesur” telekanalı ilə çıxışı zamanı ölkə prezidenti Nikolas Maduro bildirib.

Maduronun sözlərinə görə, ölkədə dövlət xərclərinin azaldılması ilə bağlı komissiya yaradılacaq. İlk növbədə Maduro öz maaşını, nazirlər və onların müavinləri də daxil olmaqla yüksək çinli məmurların, həmçinin dövlət şirkətlərinin rəhbərlərinin maaşını azaldacaq.
Bundan əlavə dövlət ehtiyacları üçün alınan avtomobillərin də sayı azaldılacaq.

Venesuela prezidenti eyni zamanda bəyan edib ki, ərzaq məhsullarının subsidiyalaşdılması və mənzil tikintisi də daxil olmaqla sosial xərclərin azaldılması planlaşdırılmır: “Mən zəmanət verirəm ki, Venesuelada uşaqlar dərsləri buraxmayacaq, Venesuelada sosial güzəştlər və ərzaq məhsulları çatışmazlığı olmayacaq” .

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti