Məscid partladıldı: 120 ölü

Məscid partladıldı: 120 ölü
  29 Noyabr 2014    Oxunub:1498
Nigeriyanın Kano şəhərində məsciddə baş vermiş partlayışda ölənlərin sayı 120-yə çatıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata əsasən partlayış nəticəsində ən azı 270 nəfər yaralanıb. Yaralıların bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Bir birinin ardınca üç partlayış dindarların cümə namazı üçün məsciddə toplaşdığı zaman baş verib. Hadisəyə görə, heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti