“Ukrayna federallaşmayacaq” – Poroşenko

“Ukrayna federallaşmayacaq” – Poroşenko
  27 Noyabr 2014    Oxunub:1443
Ukrayna federativ dövlət olmayacaq.
AzVision.az-ın Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

“Ukraynalıların 100 faizi vahid dövlətin tərəfdarıdır. Heç bir federallaşmadan söhbət belə gedə bilməz”, - deyə Poroşenko yeni formalaş Ali Radanın ilk iclasında çıxışı zamanı vurğulayıb.

Qeyd edək ki, bu gün Ali Radanın ilk iclası keçirilib.

Ukrayna Ali Radasında parlament koalisiyası ölkənin baş naziri postuna Arseniy Yatsenyukun namizədliyini irəli sürülüb.

Digər məlumata əsasən isə parlamentin spikeri postuna Vladimir Qroysmanın namizədliyi irəli sürülüb.

Ukrayna Ali Radası hökumətin yeni tərkibi barədə məsələyə dekabrın 2-i baxacaq.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti