ABŞ-da 130 nəfər həbs edildi

ABŞ-da 130 nəfər həbs edildi
  27 Noyabr 2014    Oxunub:1449
ABŞ-ın Kaliforniya ştatında polis tərəfindən qaradərili yeniyetmə Ferqüsson şəhərində Maykl Braunun öldürülməsi ilə bağlı keçirilən aksiyalar zamanı ən az 130 nəfər həbs edilib.
Bu barədə Azvision.az “Reuters”ə istinadən xəbər verir.

Həbslər Los Ancelas şəhərində keçirilib. Polis saxlanılan şəxsləri hüququ mühafizə orqanlarına ittiham etməkdə ittiham olunur.


Bununla da, son üç gündə həbs olunan şəxslərin sayı ümumilikdə 253 nəfərə çatıb.

Missuri ştatının qubernatoru Cey Nikson Ferqüssona Milli Qvardiyanın yeridilməsi ilə bağlı əmr verib.

Məlumata əsasən şəhərdə toqquşmalar böyük jürinin qaradərili yeniyetməni öldürən polis əməkdaşını məhkəməyə cəlb etməmək qərarından sonra başlayıb.

Xatırladaq ki, bu ilin avqust ayının 9-da qaradərili Maykl Braun mağazanı qarət edərkən ağdərili polisin açdığı atəş nəticəsində həlak olub. Daha dəqiqi, Braun mağazadan bir qutu siqar götürüb və pulu verməyib, satıcıya kobudluq edərək gedib. Bu, mağazadakı kameranın çəkdiyi kadrlardan da görünür.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti