Türkiyədən Kəlbəcər girovlarına dəstək
“Ermənilərin tutuduğu ərazilər Azərbaycan torpaqlarıdır. Kələbəcər hazırda ermənilərin işğalı altındadır, Azərbaycan dövlətinin torpağıdır. Bu torpaqlarda doğulub böyüyən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov yurd-yuvasından zorla çıxarılan Azərbaycan vətəndaşlarıdır. Onlar Kəlbəcərə öz torpaqlarını görmək üçün gediblər, başqa heç bir planları və niyyətləri olmayıb. Biz bu bəyanatı imzalamaqla dünya ictiamiyyətini diqqətini bu hadisəyə yönəltmək istəyirik. Dünya Ermənistanın yol verdiyi haqsızlığı dayandırmalı və azərbaycanlı girovlarının tezliklə geri verilməsi üçün lazımı addımlar atmalıdır”.
Bəyanatı imzalayan QHT-lər:
Türkiyə Universitetləri Məzunları Birliyi, Türk Xalqları Konqresi, Türk Dünyası Araşdırmaları Dərnəyi, Avrasiya Türk Dərnəkləri Federasiyası, Qazax Türkləri Təhsil və Mədəniyyət Dərnəyi, Şərqi Türküstan Milli Mərkəzi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Antalya Azərbaycan Mərkəzi Dərnəyi, İstanbul Türk Azərbaycan Dostluq və Həmrəylik Dərnəyi və s.
Fatimə Kərimli