Ermənilər Fransada 1,37 milyon avro ianə toplayıb

Ermənilər Fransada 1,37 milyon avro ianə toplayıb
  25 Noyabr 2014    Oxunub:1923
Fransada 19-23 noyabr tarixlərində Ermənistanın Ümumilli “Hayastan” fondu tərəfindən 15-ci ümumavropa telemarafonu keçirilib.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, ermənilər telemarafonu zamanı 1, 37 milyon ianə toplayıblar.

İanələrin toplanması fondun Fransa nümayəndələyi tərəfindən təşkil olunub. Tədbirə həmçinin fondun Almaniya, İsveçrə və Yunanıstan nümayəndəlikləri də qoşulub.

Bu ilki tədbir "İstedad, cazibə və comərdlik" şüarı ilə keçirilib. Telemarafon zamanı yığılan vəsaitlər Ermənistanın Tavuş vilayətində kənd təsərrüfatının inkişafı və genişləndirilməsi, Qarabağda ictimai mərkəzlərin tikintisinə və Suriyadakı erməni ailələrinə kömək üçün xərclənəcək.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti