Fransa prezidentindən Rusiyaya Gözlənilməz Zərbə
“Respublika Prezidenti hesab edir ki, hazırda Ukraynanın şərqində hökm sürən vəziyyət birinci “Mistral”ın Rusiyaya verilməsinə imkan vermir. Bununla əlaqədar olaraq “Mistral”ın Rusiyaya təqdim olunması prosesi yeni sərəncam verilənə qədər təxirə salınır”, - deyə yayılan bəyanatda bildirilir.
“Vladivastok” adlı “Mistral” tipli ilk helikopter daşıyıcı gəmi Rusiya Hərbi Donanmasına hələ noyabrın 14-ü təqdim olunmalı idi.
Xatırladaq ki, 2011-ci ildə Fransa dəyəri 1,2 milyard avro olan hücum vertolyotlarını daşıyan 2 müasir gəminin inşası və Rusiyaya satılması haqqında müqavilə imzalayıb. 1-ci gəminin oktyabr və ya noyabr aylarında, 2-cinin isə 2015-ci ildə çatdırılması planlaşdırıldı.
Eldar Tanrıverdiyev