İndoneziyada güclü zəlzələ olub

İndoneziyada güclü zəlzələ olub
  25 Noyabr 2014    Oxunub:1701
İndoneziyanın Sumatra adası yaxınlığında 5,2 bal gücündə zəlzələ baş verib.
AzVision.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Açex əyalətində, arxipelaqın inzibati mərkəzi Simeluyedən 19 km şimali-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. İndoneziyanın Milli meteorologiya, iqlimşünaslıq və geofizika idarəsinin yaydığı məlumata görə, sunami təhlükəsi yoxdur.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti