“Qarabağda baş verənlərdən narahatam” – NATO baş katibi
“Mən bu yaxınlarda Qarabağda baş verən insident və zorakılıq hallarından narahatam. Bu bir daha göstərir ki, münaqişə hərbi yolu həll edilə bilməz”, -deyə Stoltenberq vurğulayıb.
Onun sözlərinə görə, münaqişənin “siyasi yolla həllindən başqa alternativi yoxdur”:
“Mən münaqişənin həllində NATO-nun birbaşa rolunu görmürəm. Lakin NATO Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həll edilməsi məsələsində Minsk prosesini dəstəkləyir”.
Eldar Tanrıverdiyev