Ermənilər ABŞ-da pul dilənir
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən qala tədbirdə çıxış edən qondarma “prezident” “Respublika”dakı həyat tərzi, daxili və xarici siyasət, regional proseslərdən danışıb. O, həmçinin diaspora ilə əlaqələrin vacibliyini vurğulayıb.
“Telemarafon-2014”ün əsas məqsədi olan Vardenis-Ağdərə avtomagistralının tikintisi barədə danışan Saakyan bu proqramının “Dağlıq Qarabağ Respublikası” və ümumən erməni xalqı üçün strateji əhəmiyyətindən danışıb.
Saakyanla yanaşı tədbirdə Ermənistanın ABŞ-dakə səfiri Tiqran Sarkisyanda iştirak edib.
Qeyd edək ki, Ermənistanın Ümumilli “Hayastan” fondu tərəfindən keçiriləcək telemarafon noyabrın 27-də keçiriləcək. Fondun Los-Ancelesdəki ofisində keçiriləcək 12 saatlıq marafon zamanı dünya erməniləri xüsusi açılan bank hesablarına ianələr köçürəcəklər.
Qeyd edək ki, buna qədər keçirilən qədər keçirdiyi 16 telemarafon vasitəsilə Ermənistana və Dağlıq Qarabağa 250 milyon dollar vəsait toplanılıb.
Eldar Tanrıverdiyev