Rusiyada qətllər törədən 4 azərbaycanlı tutuldu

Rusiyada qətllər törədən 4 azərbaycanlı tutuldu
  24 Noyabr 2014    Oxunub:1666
Rusiya DİN-in Baş Cinayət-Axtarış İdarəsinin əməliyyat qrupu Moskva vilayətində mütəşəkkil cinayətkar qruplaşma şəklində fəaliyyət göstərən 4 azərbaycanlını həbs edib.
Bu barədə AzVision.az Rusiya DİN-in rəsmi saytına istinadən xəbər verir.

Məlumata əsasən saxlanılan şəxslər 30-34 yaşlarındadır.

Qruplaşma üzvləri Rusiyanın müxtəlif regionlarında çoxsaylı ağır cinayətlər törədiblər. 2012-ci ildə cinayətkarlar Moskva ətrafında azı 4 quldur hücumu həyata keçirib, ofislər, evlərə hücum ediblər.

Bundan əlavə, qruplaşma ötən il Kalujsk vilayətində azərbaycanlı biznesmeni öldürməkdə ittiham olunurlar. Onlar həmçinin bu ilin sentyabr ayında digər azərbaycanlıya qarşı isə reketlik edib.

Həbs olunanlara qarşı qətl, quldurluq və reketçilik maddələri üzrə ittiham elan olunub. Hüquq-mühafizə orqanları azərbaycanlılardan ibarət dəstənin törətdiyi başqa cinayətləri aşkara çıxarmağa çalışır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti