Əfqanıstanda keçirilən voleybol matçında kamikadze hücumu nəticəsində 55 nəfər ölüb.
AzVision.az xəbər verir ki, hadisə nəticəsində 55 nəfər ölüb, 66 nəfər isə yaralanıb. Hadisənin baş verdiyi Paktika vilayətinin rəsmisi Ataullah Fəzli bildirib ki, bölgələrarası voleybol oyununun final matçında kamikadze motoskiletlə oyunun keçirildiyi əraziyə daxil olub və bombanı işə salıb.
O vurğulayıb ki, ərazidə çox insanın olduğundan ölənlərin sayının artacağı ehtimal edilir. Partlayış nəticəsində ölənlərin əksəriyyətinin mülki şəxslər olduğu bildirilir.