“Rusiya Qarabağ müharibəsinə müdaxilə etməyəcək...”
Onun sözlərinə görə, əgər savaşa Ermənistan bütünlüklə cəlb olunsa, o halda Rusiya müdaxilə etməyə borcludur. “Lakin bu qarantiya Ermənistana aiddir. Dağlıq Qarabağa yox. Qarabağa bir şey olsa, Moskva yalnız diplomatik vasitələrlə bunun qarşısını almağa səy edəcək”, - deyə politoloq qeyd edib.
Ekspertin qənaətincə, təmas xəttində yaşanan son gərginlik onun göstəricisidir ki, görüşlərdə anlaşma əldə edilməyib:
“Səbəb aydındır – Minsk Qrupu dalana girib, çıxış yolu yoxdu. Bu gün danışıqlar masası üzərində olanlar nə Bakını qane edir, nə də İrəvanı”.
AzVision.az