“Şahdəniz-2” üçün yeni terminal istifadəyə verildi

“Şahdəniz-2” üçün yeni terminal istifadəyə verildi
  23 Noyabr 2014    Oxunub:1442
Gürcüstanda “Şahdəniz-2” layihəsi çərçivəsində yeni nəqliyyat terminalının açılışı olub.
ANS TV-nin məlumatına görə, tədbirdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili və digər rəsmi şəxslər çıxış ediblər. “Şahdəniz-2” layihəsinin əhəmiyyətindən danışan baş nazir Qaribaşvili layihəni Azərbaycan və Gürcüstanın geosiyasi mövqeyini gücləndirəcək ən çətin və mürəkkəb enerji layihələrindən biri adlandırıb və layihəyə AvropanIn yeni və alternativ “Cənub” dəhlizi kimi baxıldığını vurğulayıb.

“Şahdəniz-2” layihəsi çərçivəsində qaz hasilatı 2018-ci ilə planlaşdırılır. Qazın Türkiyəyə çatdırılması 2018-ci ildə, Avropa bazarına nəqli isə 2019-cu ildə nəzərdə tutulur. ”Şahdəniz-2” layihəsinin ümumi dəyəri 28 milyard dollar təşkil edəcək.


Teqlər:





Xəbər lenti