Eks baş nazir həbs edildi

Eks baş nazir həbs edildi
  23 Noyabr 2014    Oxunub:1713
Portuqaliya polisi keçmiş sosialist baş nazir Xose Sokratesi və daha üç nəfəri vergi fırıldağı, korrupsiya və çirkli pulların yuyulması iddiası ilə həbs edib.
AzVision.az AzadlıqRadiosuna istinadən xəbər verir ki, bu həbslər artıq bir neçə aydır davam edən təhqiqatın gedişində həyata keçirilib.

Polisin bəyanatında deyilir ki, 57 yaşlı Sokrates hakimin şübhəli bank əməliyyatları və pul köçürmələrinə dair suallarına cavab verməli olacaq.

Eks baş nazir 2011-ci ildə, baş nazirliyinin ikinici müddəti başa çatmamış ölkədə yaranmış maliyyə böhranı ilə əlaqədar istefa vermişdi.


Teqlər:  





Xəbər lenti