Obamadan məxfi göstəriş

Obamadan məxfi göstəriş
  22 Noyabr 2014    Oxunub:1836
ABŞ prezidenti Barak Obama Pentaqona bundan sonra da ordudan Əfqanıstanda aktiv istifadə etməyə icazə verən məxfi göstəriş imzalayıb.

AzərTAc The `New York Times` qəzetinə istinadla xəbər verir ki, prezidentin göstərişi orduya Amerika və Əfqanıstan hərbçilərinə təhlükə törədən Taliban və digər qruplaşmalara qarşı əməliyyatlar aparmağa imkan verəcək.

Bundan sonra ABŞ-ın qırıcı, bombardımançı və pilotsuz təyyarələrinin əfqan hərbçilərinin keçirdiyi əməliyyatlara dəstək göstərməsi də mümkün olacaq. Barak Obamanın bu qərarı ABŞ-ın Əfqanıstandakı hazırkı missiyasının faktiki olaraq daha bir il uzadılması anlamına gəlir.

Nəşrin məlumatına görə, qərar prezident administrasiyasında ciddi müzakirələrə səbəb olub. Bəzi mülki müşavirlər ABŞ-ın Talibanla mübarizəsinə qarşı çıxaraq ordudan yalnız “əl-Qaidə”yə qarşı aparılan antiterror əməliyyatlarında istifadə olunmasını dəstəkləyiblər. Lakin Pentaqon hərbçilərə Taliban, Haqqani və digər qruplaşmalara qarşı əməliyyatlar keçirməyə icazə verilməsində israr edib.

Bu ilin may ayında Barak Obama Birləşmiş Ştatlar ordusunun Əfqanıstandan tamamilə çıxarılması barədə qərar vermişdi. Bu qərara əsasən, gələn ilin əvvəllərində ölkədə ABŞ hərbçilərinin sayının 9,8 min nəfərə qədər azaldılması və 2016-cı ilin sonunda isə bütünlüklə çıxarılması nəzərdə tutulurdu. Hazırda Pentaqonun Əfqanıstanda 30 min nəfərlik hərbi kontingenti var.


Teqlər:





Xəbər lenti