Yaşlı insanların sayı artacaq

Yaşlı insanların sayı artacaq
  22 Noyabr 2014    Oxunub:1391
Dünya Səhiyyə Təşkilatının (DST) hesablamalarına görə, 5 ildən sonra dünyada yaşlı insanların (yaşı 60-dan yuxarı) sayı uşaqların (5 yaşına çatmamış) sayından çox olacaq.

Belə demoqrafik dəyişiklik ilk dəfə baş verəcək. DST-ın mütəxəssisləri hesab edirlər ki, hadisələrin bu cür gedişatı ciddi resurs gərginliyi yaradır və qlobal böhrana səbəb ola bilər.

Hazırda dünyada yaşlı insanların sayı 841 milyondur. DST-ın proqnozlarına əsasən, 2025-ci ilə onların sayı dünyada 2 milyarda çatacaq.

Qocaların sayının artmasının bir neçə səbəbi var. Bura insan ömrünün uzanması (xüsusilə inkişaf etmiş sənaye ölkələrində), qan-damar kimi xəstəliklərdən ölənlərin sayının azalması və həyat səviyyəsinin yüksəlməsi aid edilir.



Teqlər:





Xəbər lenti