Sarkisyan həbs oluna bilər
Bu barədə Ermənistan baş prokurorluğu məlumat yayıb.
Ermənistan ordusu 1 mart 2008-ci il tarixdə prezident seçkilərinin nəticələrinə etiraz edən dinc nümayişə güllə atmışdı. Nəticədə, 10 nəfər həlak olmuşdu, yüzlərlə adam həbs olunmuşdu. Nümayiş qanla yatırıldıqdan sonra Serj Sarkisyan prezident kürsüsünə əyləşmişdi.
1 mart 2008-ci il tarixi Ermənistanın taleyində dönüş nöqtəsinə çevrilmişdi. “Qarabağ” klanının zülmünə dözə bilməyən yerli əhali birdəfəlik Ermənistanı tərk etməyə başlayıb. Son məlumatlara görə, Ermənistanın rəsmi əhalisi keçən 6 il ərzində 1 milyon azalıb. (Ans)
Teqlər: