Erməni `vor-zakon` azadlığa çıxır

Erməni `vor-zakon` azadlığa çıxır
  22 Noyabr 2014    Oxunub:8015
Erməni kriminal avtoritet azadlığa buraxıla bilər.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Çexiyanın paytaxtı Praqa şəhərində qətl törədən və barəsində 22 il həbs qəti imkan tədbiri seçilən Andranik Soqayanın appelyasiya məhkəməsi keçirilib. Məhkəmə zamanı vəkilləri kriminal avtoritetin həbs müddətinin azaldılması barəsində təkliflər irəli sürüblər.

Vəkillər məhkəmədən sonra mətbuata açıqlamalarında bildiriblər ki, Soqayan bir həfə ərzində azadlığa buraxıla bilər. Vəkillər bunun Çexiya hökumətinin müvafiq qanunvericiliyinə uyğun olaraq baş tuta biləcəyini deyiblər.

Qeyd edək ki, A. Soqayan 28 fevral 2013-cü il tarixində Praqa məhkəməsinin qərarı ilə həbs edilib.


Teqlər:





Xəbər lenti