Bakıdan etiraz, həmsədrlər səhvini düzəltdi
Həmsədrlər bəyanatda bundan əvvəl işlətdikləri “neytral ərazi” ifadəsini “məskunlaşmamış ərazi” ifadəsi ilə əvəz ediblər.
Həmsədrlərin Qərəzli bəyanatda helikopterin vurulduğu ərazini Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazisi olmasına baxmayaraq, “neytral ərazi” adlandırması haqlı olaraq Azərbaycan tərəfinin etirazına səbəb olmuşdu. Azərbaycanın Xarici İşlər Nazirliyi də bununla bağlı etiraz bəyanatı yaymışdı.(AzərTAc)