Ukraynada koalisiya hökuməti yaradıldı
“Biz koalisiya haqqında sazişi imzaladıq. Bu sazişdə koalisiya sazişi üzərində çalışan 5 siyasi partiyanın, gücün imzası var”, - deyə “Özünəkömək” partiyasından olan deputat Oksana Slroed bildirib.
Qeyd edək ki, oktyabrın 26-ı parlament seçkiləri keçirilib. Ukrayna MSK-nın məlumatına görə, Radaya daha dörd partiya daxil ola bilib. Bunlar 10,97% səslə Lvov şəhər meri Andrey Sadavovun “Özünəkömək”, 9,43% - lə “Müxalifət bloku”, 7,44% səslə “Oleq Lyaşkonun radikal partiyası” və 5,58% səslə sabiq baş nazir Yuliya Timoşenkonun rəhbərlik etdiyi partiyadır.
Digər partiyalar isə 5 faizlik baryeri keçə bilməyib.
Eldar Tanrıverdiyev