Fransadan Azərbaycana qarşı növbəti təxribat - Yenilənib

Fransadan Azərbaycana qarşı  növbəti təxribat - Yenilənib
  20 Noyabr 2014    Oxunub:2572
Fransa Azərbaycana qarşı növbəti təxribata əl atıb. AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Əsgəran şəhəri ilə Fransanın Bouk-Bel-Air şəhərləri arasında qardaşlıq sazişi imzalanıb.

Saziş hər iki şəhər arasında dostluq əlaqələrinin gücləndirilməsini və təhsil, tibb və idman sahələrində əməkdaşlıq əlaqələrinin qurulmasını nəzərdə tutur.

Şəhərlərin qardaşlaşması barədə sazişi “Dağlıq Qarabağ Respublikası”nın mədəniyyət və gənclər naziri Narin Ağhabalian və Boul-Bel-Air şəhərinin meri Rişardm Malie imzalayıb.

Məlumatla bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirlikdən bizə bildirilib ki, məsələ ilə bağlı Azərbaycanın Fransadakı səfirliyi məlumatlandırılıb. Məlumat dəqiqləşdirilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti