Ohanyandan girovlarla bağlı sərsəm AÇIQLAMA

Ohanyandan girovlarla bağlı sərsəm AÇIQLAMA
  20 Noyabr 2014    Oxunub:2658
Ermənistan tərəfi hələ ki, Azərbaycan hərbçiləri tərəfindən vurulan hərbi helikopter ətrafında yaranan böhranı diplomatik yolla həll etmək üçün səylər göstərir.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.

“Əgər bu variant işə yaramasa, əlimizdə digər variantlar da var”- deyə müdafiə naziri vurğulayıb.

Erməni jurnalistlərin Azərbaycan tərəfi ilə ölən pilotların cəsədlərinin Kəlbəcər girovları ilə dəyişdirilməsi haqda sualına cavab olaraq Ohanyan bildirib ki, “divarsantlar” cinayətkardırlar və müvafiq şəkildə də cəzalanmalıdırlar.

Qeyd edək ki, ayın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti