“Əmək haqqları artırılsın” - Rektor-deputat

“Əmək haqqları artırılsın” - Rektor-deputat
  20 Noyabr 2014    Oxunub:3763
“Universitetlərdə elm maliyyələşdirilməlidir”.

AzVision.az xəbər verir ki, bunu Bakı DÖvlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov deyib. O bildirib ki, ölkədə 1800 elm işçisi var ki, 1200-ü ali məktəblərdə çalışır: “Belə halda elmin inkişafı vəsait tələb edir”.

A.Məhərrəmov bir neçə təkliflə çıxış edərək deyib ki, elmi dərəcələrə görə əmək haqları artırılsın: “Elm haqqında qanun təcili qəbul olunmalıdır. Tələbələrə kreditlərin verilməsi ləğv olunsun. Magistraturaya qəbul olan tələbələr həqiqi hərbi xidmətdən möhlət hüququ verilsin”.

O qeyd edib ki, təhsil sahəsində himayədarlar şurası yaradılmalıdır. O əlavə edib ki, bəzi xarici dövlətlərdə belə bir təcrübə var: “Bunlar sahibkarları cəlb edirlər ki, universitetlərə kömək etsinlər”.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti