“Tutulmasaydım yenə Kəlbəcərə gələrdim” – Dilqəm Əsgərov

“Tutulmasaydım yenə Kəlbəcərə gələrdim” – Dilqəm Əsgərov
  20 Noyabr 2014    Oxunub:4591
Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda Ermənistan tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun Qarabağ separatçıları tərəfindən təşkil edilən “məhkəmə prosesi” davam edir.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, bu dəfə Dilqəm Əsgərov və Şahbaz Quliyev guya onların “üzərində aşkarlanan” videogörüntülər barədə “hakim”in suallarını cavablandırblar.

Çıxışı zamanı Dilqəm Əsgərov bəyan edib ki, əgər erməni hərbçilər onu ələ keçirməsəydilər o, yenidən yaxınlarının qəbrini ziyarət etmək üçün Kəlbəcərə gələrdi.

Qeyd edək ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti