“Deməyə sözümüz yoxdur” – ABŞ-dan helikopter açıqlaması

“Deməyə sözümüz yoxdur” – ABŞ-dan helikopter açıqlaması
  20 Noyabr 2014    Oxunub:2358
ABŞ Dövlət Departamenti ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşikin Azərbaycan hərbçiləri tərəfindən vurulan helikopterə yaxınlaşa bilməməsi barədə məlumatlandırıb.

AzVision.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin KİV-lə əlaqə üzrə şöbə rəhbəri Ceff Ratke “Amerikanın səsi”nin sualını cavablandırarkən bildirib.

“Biz bilirik ki, Anjey Kaspirşik helikopterin düşdüyü əraziyə səfər edə bilməyib. Bizim mövqeyimiz dəyişməzdir. Bu hadisə Dağlıq Qarabağ münaqişə tərəflərinə sülh yollu ilə həlli üçün səylərin artırılmasının vacibliyini xatırladır. Bundan artıq heç nə diyə bilmərəm”, -deyə Ratke bildirib.

Qeyd edək ki, ayın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti