Səfirimiz Kraliçaya etimadnaməsini təqdim etdi
Ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini vurğulayan səfir bu vəzifədə olduğu müddətdə Azərbaycan ilə Birləşmiş Krallıq arasında əlaqələrin daha da möhkəmləndirilməsinə çalışacağını söyləyib.
T.Tağızadəyə səfir kimi fəaliyyətində uğurlar arzulayan Kraliça II Elizabet Prezident İlham Əliyevə salamlarının çatdırılmasını xahiş edib və ölkələrimiz arasında sağlam təməl üzərində formalaşmış dinamik tərəfdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Buckingham Sarayında keçirilən təqdimat mərasimindən sonra Azərbaycanın Londondakı səfirliyində bu münasibətlə qəbul təşkil edilib. Qəbulda xarici ölkələrin Londondakı səfirləri, Lordlar Palatasının üzvləri, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi və ictimai xadimlər iştirak ediblər.
Diplomatik korpusun marşalı Alister Harrison Azərbaycanın Britaniyadakı yeni səfirinə uğurlar arzulayıb və ikitərəfli münasibətlərimizin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Səfir T.Tağızadə Britaniya və Azərbaycanın etibarlı tərəfdaş olduqlarını söyləyib. Diplomat ikitərəfli əməkdaşlıqda enerji kimi ənənəvi sahə ilə yanaşı, təhsil, səhiyyə, maliyyə-bank, turizm, informasiya texnologiyaları sahələrində də geniş potensialın olduğunu diqqətə çatdırıb və bu əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səy göstərəcəyini vurğulayıb.
Teqlər: