Parlament Fələstinin müstəqilliyini tanıdı
Məlumata əsasən İspaniya parlamentində təmsil olunan 319 deputat sənədin lehinə, iki nəfər əleyhinə səs verib. Bir nəfər isə qanun layihəsi ilə bağlı səsvermədə fikir bildirməkdən imtina edib.
Qeyd edək ki, Böyük Britaniya və İrlandiya ötən ay bu cür qətnamə qəbul etmişdi. Oktyabrın 30-unda isə İsveçin yeni hökuməti rəsmi olaraq Fələstin dövlətini tanıyıb. Bununla əlaqədar olaraq İsrail bu ölkədəki səfirini geri çağırıb.
Eldar Tanrıverdiyev