Müxalifət Sarkisyandan üz döndərdi

Müxalifət Sarkisyandan üz döndərdi
  19 Noyabr 2014    Oxunub:1511
Parlament üçlüyü Ermənistan hökumətinə təqdim edilən 12 maddə üzrə danışıqların aparılmasında heç bir məna görmür.
Bu barədə AzVision.az “News.am” istinadən xəbər verir.

Məlumata əsasən bu barədə parlament üçlüyünün (“Çiçəklənən Ermənistan”, “Erməni Milli Konqresi” (AMK), və “İrs”) növbəti iclasının yekunlarını barədə jurnalistlərə açıqlama verərkən AMK-nin parlament fraksiyasının rəhbəri Levon Zurabyan bildirib.

“Parlament üçlüyünün adından deyə bilərəm ki, biz hökumətə təqdim edilən 12 maddə üzrə danışıqların aparılmasında heç bir məna görmürük. Bizim fikrimizcə bu parlament üçlüyünü uzun bir prosesə çəkərək vaxt uzatmaq və ümumxalq hərəkatının gücünü azaltmaq cəhdindən başqa bir şey deyil”, - deyə Zurabyan vurğulayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti