`Evlərini dağıdın...` - Baş nazirdən əmr

`Evlərini dağıdın...` - Baş nazirdən əmr
  19 Noyabr 2014    Oxunub:1550
İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdə sinaqoqda törədilən partlayışla bağlı nazirlikdə toplantı keçirib.
AzVision.az xəbər verir ki, Netanyahu beş İsrail vətəndaşının ölümünə səbəb olan partlayışı törədən iki fələstinlinin evlərinin dağıdılmasını əmr edib.

Hadisə zamanı polis tərəfindən qətlə yetirilən fələstinlilərin Şərqi Qüdsdən olduğu da müəyyən edilib.

Baş nazir həmçinin terror hücumlarına dəstək verənlərə qarşı cəzaların daha da gücləndirilməsini tapşırıb.

Qeyd edək ki, sinaqoqda ötən gün baş verən partlayışda 5 İsrail vətəndaşı ölüb, 7 nəfər isə yaralanıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti