Ermənistan ABŞ-dan yardım istədi
Məlumata əsasən görüş zamanı əsas müzakirə olunan məsələ noyabrın 12-i Azərbaycan hərbçiləri tərəfindən vurulan helikopter olub. Erməni nazir səfirdən onun ölkəsinin helikopterin ekipajının taleyi və cəsədlərinin geri qaytarılması məsələsində yardım etməyə çağırırb.
Qeyd edək ki, Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
İlkin məlumata görə, düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçu həlak olub.
Eldar Tanrıverdiyev