Ukraynada qanlı döyüşlər: Ölənlər var

Ukraynada qanlı döyüşlər: Ölənlər var
  18 Noyabr 2014    Oxunub:1772
Son 24 saat ərzində 6 Ukrayna hərbçisi öldürülüb.
AzVision.az “UNAİN”a istinadən verdiyi xəbərə görə, Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko bildirib.

“Son 24 saat ərzində altı hərbçimiz həlak olub, 9 hərçi müxtəlif dərəcəli xəsarətlərlə tibb məntəqələrinə göndərilib” – deyə, Lısenko vurğulayıb.

Qeyd edək ki, Donetsk vilayətində son günlər Ukrayna ordusu və separatçılar arasında qanlı toqquşmalar qeydə alınır.

Ümumilikdə Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 1058 hərbçi ölüb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti