“Ukraynada vəziyyət pisləşəcək” – Prezident

“Ukraynada vəziyyət pisləşəcək” – Prezident
  18 Noyabr 2014    Oxunub:1829
Keçirilən seçkilərə baxmayaraq Ukraynada vəziyyətdə hər keçən gün pisləşir.
AzVision.az-ın məlumatına görə, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı bildirib.

“Biz çox ümid edirdik ki, Ukraynada prezident seçkilərindən sonra vəziyyətdə yaxşı istiqamətdə, sabitlik istiqamətində inkişaf edəcək. Lakin biz bunu görmürük. Biz Donbas və Donetsk regionlarında günü-gündən vəziyyətin pisləşdiyi bu tendensiyası ilə razılaşa bilmərik”, - deyə Lukaşenko vurğulayıb.

Onun sözlərinə görə, Ukraynadakı vəziyyət həm Belarus həm də Rusiyanı narahat edir.
Belarus lideri həmçinin vurğulayıb ki, rəsmi Minsk Qərbin Belarus sərhədləri yaxınlığındakı aktivliyi ilə də razılaşmır: “Qərb istiqamətində sərhədlərimiz ətrafında baş verənlər bizi narahat edir”.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti