Konqresmen Obamanı Əliyevə dəstək verməyə çağırdı
"Trend"-in məlumatına görə, konqresmen öz məktubunda Azərbaycanın ABŞ-ın mühüm müttəfiqi olduğunu, ölkəmizin strateji mövqeyini, Əfqanıstandakı antiterror əməliyyatlarına, Avropanın və İsrailin enerji təhlükəsizliyinə dəstəyini vurğulayıb. O, Bakı-Tiflis-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizinin əhəmiyyətini xüsusi qeyd edib.
Amerikalı konqresmen Azərbaycan və ABŞ-ın Xəzər dənizi regionunda uzunmüddətli maraq və çağırışları paylaşdığını və bu əhəmiyyətli dövrdə ABŞ-ın öz müttəfiq və tərəfdaşları ilə münasibətləri saxlamasının önəmini vurğulayıb. Eyni zamanda, konqresmen prezident Obamanı və dövlət katibi Con Kerrini Azərbaycana səfir təyin olunması prosesini sürətləndirməyə və yüksək səviyyəli administrasiya rəsmisini Azərbaycana səfərə göndərməyə çağırıb.
Virtualaz.org xatırladır ki, bundan əvvəl daha bir neçə konqresmen də Barak Obamaya analoji çağırışla müraciət edib.
Teqlər: