“Rusiya heç kimə yalvarmayacaq” - Lavrov

“Rusiya heç kimə yalvarmayacaq” - Lavrov
  18 Noyabr 2014    Oxunub:2052
Rusiya birtərəfli sanksiyaların aradan qaldırılması ilə bağlı Qərbə yalvarmayacaq.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Sanksiyalar bizim seçimimiz deyil. Vaxtaşırı bizə işarə edirlər: Gəlin bəzi kriteriyaları razılaşdıraq, biz sizə nə etməli olduğunuzu deyək, əvəzində isə biz sanksiyaları aradan qaldıracağıq. Biz bu cür oyunlar oynamayacayıq”, - deyə Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri, artıq Qərbdə Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması ilə siqnalların olduğunu da bildirib.

Qeyd edək ki, bu ilin mart ayının 17-dən etibarən Rusiyaya qarşı 9 paket qəbul edilib. Şəxsi sanksiyalar 119 fiziki və 23 hüquqi şəxsə, həmçinin Rusiyanın energetika, maliyyə və müdafiə sektorlarına tətbiq edilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti