Erməni müxalifəti Milli Şuraya dərs keçdi
Bu barədə öz Facebook səhifəsində məlumat verən İrs Partiyasının mətbuat katibi Davit Sanasaryan etiraz aksiyasını noyabrın 12-də helikopterin vurulduğu vaxt – saat 13:45-dən başladığını yazıb.
“Mən üç pilotun meyitlərinin qaytarılmamasına etiraz edirəm. Bu, tək Müdafiə Nazirliyinin işi deyil. Ölkəmizdə etibar etdiyim bir qurum varsa, Müdafiə Nazirliyidir. Əminəm ki, düşmənin cavabı veriləcək, bilirəm ki, cəsədləri düşmən atəşi altından çıxara bilərlər, aydındır ki, yeni insan tələfatından qacınmaq istəyirlər... Bəs ATƏT-in Minsk Qrupu erməni helikopterin ekipajı üzvlərinin meyitlərinin qaytarılması üçün nə iş görüb?”,– deyə Davit Sanasaryan Facebook səhifəsində qeyd edib.
Davit Sanasaryan beynəlxalq təşkilatlardan və ilk növbədə Minsk Qrupundan “erməni təyyarəçilərin meyitlərinin qaytarılması istiqamətində ciddi tədbirlər” görməyi tələb edir. O, tələbi yerinə yetirilməyincə ATƏT ofisi qarşısında aclıq aksiyasını davam etdirəcəyini bəyan edib.
BBC-nin verdiyi xəbərə görə, ATƏT-in Yerevan ofisi rəhbərinin müavini William Hanlon Sanasaryanla görüşüb və öz mandatına əsasən, ATƏT-in Dağlıq Qarabağ məsələsi ilə məşğul ola bilmədyini deyib. ATƏT rəsmisi yalnız Sanasaryanın şikayətini təşkilatın Katibliyinə ötürmək səlahiyyətində olduğunu bildirib.
Maraqlıdır ki, erməni müxalifətçisi vurulan vertolyotdakı hərbçilərin cəsədlərinin geri qaytarılması tələbilə aclıq etdiyi halda, Azərbaycanın müxalifət partiyaları girov soydaşlarımızın azad olunması tələbini dillərinə belə gətirməyiblər. Bizimkilər əksinə, ermənilərə işləməkdə suçlu bilinən şəxslərə azadlıq istəyirlər.
Ona görə də, faktik olaraq erməni müxalifəti vətənpərvərlik məsələsində Azərbaycan müxalifətinə dərs keçmiş sayıla bilər.
Bu məsələyə millət vəkili, tanınmış telejurnalist Sahib Alıyev də öz facebook səhifəsində münasibət bildirib: “Bizim müxalifətdəkilər də `Məhsul`da toxluq elan etmişdilər. Aksiya toxluq aksiyası olduğundan və onu qərbdəkilər maliyyələşdirdiklərindən, bir dəfə olsun belə erməni girovluğundakı soydaşlarımızın azad edilmələri tələbini dillərinə gətirmədilər. İstədikləri ancaq ermənilərə çalışmaqda və digər qaranlq işlərdə suçlu bilinənlərin buraxılması idi. Bizdə qeyrətinə şübhə edilənlərə "ay erməni qeyrətli" deyilirdi. İndi Sansaryanın bu hərəkətindən sonra Milli Şuradakılara bilmirsən nə deyəsən!..`
Tariyel
AzVision.az