Cenevrə Konvensiyası təkcə Azərbaycan üçündür?

Cenevrə Konvensiyası təkcə Azərbaycan üçündür?
  18 Noyabr 2014    Oxunub:6152
Artıq 6 gündür ki, Ermənistan cəsarət edərək, təlimlər zamanı Azərbaycan tərəfindən vurulan helikopterə yaxınlaşa və həlak olan hərbçilərin cəsədlərini götürə bilmir.

Bununla bağlı Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan Azərbaycana Cenevrə Konvensiyasının mövcudluğunu xatırladıb.

Cenevrə Konvensiyasının 15-ci maddəsində deyilir ki, münaqişə tərəfləri yaralıların axtarışını və onlara yardım göstərilməsini təmin etməlidirlər.

Maraqlıdır, bəs bizim girovlara gələndə niyə Erməni tərəfdən heç kim Cenevrə konvensiyasını yada salmırdı? Kəlbəcərdə Həsən Həsənov qətlə yetiriləndə ermənilərin bu beynəlxalq hüquqi bilikləri harada idi? Və bir halda ki, mülki əhalinin toxunulmazlığını nəzərdə tutan Cenevrə Konvensiyası var, ermənilər də, özlərinin göstərdikləri kimi, bundan xəbərdardırlar, Dilqəm Əsgərovla Şahbaz Quliyevi geri qaytarmaq üçün danışıqlara başlamağa bir cəhd etsinlər?

Yoxsa onlar elə bilirlər ki, beynəlxalq normalar ancaq Azərbayan üçün yazılıb?

Tariyel
AzVision.az



Teqlər:





Xəbər lenti