`Sanki vertolyot yox, XİN vurulub` - Erməni mediası

`Sanki vertolyot yox, XİN vurulub` - Erməni mediası
  18 Noyabr 2014    Oxunub:3122
Artıq 6 gündür ki, Ermənistan və “Dağlıq Qarabağ Respublikası” birgə təlimləri zamanı Azərbaycan tərəfindən vurulan helikopterə yaxınlaşa və həlak olan hərbçilərin cəsədlərini götürə bilmir.

AzVision.az
-ın məlumatına görə, Ermənistanın “Jamanak” qəzeti bu vəziyyətlə əlaqədar Ermənistan XİN-in reaksiyasını araşdırıb.

“Ermənistan XİN-i, belə desək, Ermənistanın siyasi rəhbərliyi helikopterlə bağlı ilkin açıqlamalardan sonra demək olar ki, fəaliyyət göstərmədi. Belə təəssürat yaranır ki, helikopter yox, XİN “vurulub”. Ermənistan XİN-i bu vəziyyətdə “Newsmaker” rolunda oynamalı, bəyanatlar, çıxışlar, çağırışlar və tələblərlə çıxış etməlidir. Məhz bunların olmaması Ermənistan XİN-in düşdüyü rəzil və ümidsiz vəziyyəti göstərir. Ermənistan Xarici İşlər Nazirliyinin səssizliyi təəccüb doğurur”, - deyə erməni qəzeti yazıb.

Qeyd edək ki, ayın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti