Prezidenti yumurta atəşinə tutdular

Prezidenti yumurta atəşinə tutdular
  18 Noyabr 2014    Oxunub:3389
Çexiyanın paytaxtı Praqada aksiya iştirakçıları ölkə prezidenti Miloş Zemanı yumurta və pomidor atəşinə tutublar, lakin atılan məhsullar onun almaniyalı həmkarı Yoahim Qauka dəyib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Hadisə Zemanın universitet kampusunda çıxışı zamanı baş verib. Məhz bu universitetdə 25 il əvvəl “Məxməri İnqilab”la nəticələnən tələbə çıxışları baş verib. Zemanın çıxışından narazı qalan insanlar ona yemək atan zaman cangüdənlər qara çətir açaraq prezidenti və inqilabın 25 illiyi ilə əlaqədar Çexiya paytaxtına səfər edən Almaniya, Macarıstan, Polşa və Slovakiya liderlərini qorumağa cəhd edib. Lakin atılan yumurtalardan biri Almaniya prezidenti Qaukun başına dəyib.

Etirazçılar prezidenti istefaya səsləyərək “Rusiyanın koloniyası” olmaq istəməkdiklərini bildiriblər. Minlərlə etirazçı eyni zamanda prezidentə qırmızı kart göstəriblər.

Qeyd edək ki, Çexiya KİV-i Zeman Rusiya əleyhinə sanksiyalara qarşı çıxdığına görə, tənqid etməyə başlayıb.

1989-cu ildə noyabr-dekabr aylarında Çexoslovakiyada “Məxməri inqilab”dan nəticəsində kommunistlər hakimiyyətdən devrilib, ölkənin yeni lideri isə yazıçı-dissident Vatslav Havel olub.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti