Obamaya məsləhət: saqqız çeynəmə, tum ye

Obamaya məsləhət: saqqız çeynəmə, tum ye
  18 Noyabr 2014    Oxunub:2179
Rusiyanın baş naziri Dmitri Medvedyevin sözçüsü Gennadi Onişenko ABŞ prezidenti Barak Obamanın saqqız çeynəməsini sərt tənqid edib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, G.Onişenko Obamaya saqqız çeynəmək vərdişini unutmağı tövsiyyə edib:

`Saqqız çeynəmək tərbiyəsizlikdir. ABŞ kimi super gücə malik dövlətin rəhbərinin saqqız çeynəməsi isə onun öz xalqına hörmətsizliyidir. Bu mədəniyyətsizliyin göstəricisidir`.

Onişenko daha sonra əlavə edərək bildirib ki, Obama saqqızın əvəzinə tum yesin.

Qeyd edək ki, Asiya- Sakit Okean İqtisadi Birlik Təşkilatı sammitinə qatılmaq üçün Çinə gedən ABŞ prezidenti Barak Obamanın hərəkətləri əsas müzakirə mövzusuna çevrilib. Belə ki, ABŞ prezidentinin qırmızı xalıda qarşılanarkən saqqız çeynədiyi nəzərdən qaçmayıb. Obamanın bu hərəkəti də Çin xalqı və hökumət nümayəndələri tərəfindən böyük narazılıqla qarşılanıb. Ümumiyyətlə Uzaq Şərq ölkələrində, əsasən də ÇXR-də kiminsə yanında saqqız çeynəmək hörmətsizlik kimi qarşılanır.


Teqlər:  





Xəbər lenti