Ermənilər ATƏT-dən kömək istəyir

Ermənilər ATƏT-dən kömək istəyir
  17 Noyabr 2014    Oxunub:1711
“Dağlıq Qarabağ Respublikası”nın müdafiə naziri Movses Akopyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşiklə görüşüb.
Bu barədə ZzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən qondarma nazir ATƏT rəsmisi ilə təmas xəttindəki vəziyyət, o cümlədən noyabrın 12-də vurulan helikopterin ekipaj heyətinin taleyi barədə danışıqlar aparıb.
Movses Akopyan ATƏT-dən ekipaj üzvlərinin taleyinə aydınlıq gətirməsi məsələsində yardım etməyi istəyib.

Qeyd edək ki, ayın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti