İraqda partlayışlar: 14 ölü

İraqda partlayışlar: 14 ölü
  17 Noyabr 2014    Oxunub:1286
İraqın paytaxtı Bağdadda iki terror aktı törədilib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən partlayışlar nəticəsində 14 nəfər ölüb, 31 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Hər iki partlayış avtomobildə quraşdırılan partlayıcı qurğuların işə düşməsi nəticəsində baş verib.

İraq polisi faktla bağlı araşdırmalara başlayıb. Heç bir qruplaşma hələlik partlayışa görə, məsuliyyəti öz üzərinə götürməyib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti