Rusiya alman diplomatları ölkədən qovur

Rusiya alman diplomatları ölkədən qovur
  17 Noyabr 2014    Oxunub:1882
Rusiya Xarici İşlər Nazirliyi Almaniya diplomatik missiyasının əməkdaşının ölkədən deportasiya edilməsi faktını təsdiqləyib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Rusiya XİN-i bu addımı Almaniyada olan Rusiya diplomatik əməkdaşına qarşı edilən qeyri-etik hərəkətə atıb.

Qeyd edək ki, daha əvvəl Rusiya statuslarına uyğun olaraq fəaliyyət göstərməyən bir sıra polşalı diplomatları öz ölkələrinə deportasiya edib.

Məlumata əsasən, Rusiya XİN-i bu addımı rusiyalı diplomatların Polşadan çıxarılmasına cavab olaraq atıb.

“Çox təəssüflər olsun ki, Polşa rəhbərliyi bu cür dostcasına və əsaslı olmayan addım atdılar. Bununla əlaqədar Rusiya tərəfindən də adekvat addımlar da atıldı və artıq bır sıra polşalı diplomatlar statusu ilə əlaqədar olmayan fəaliyyətlərinə görə, ölkəni tərk ediblər.”, - deyə Rusiya XİN-in yaydığı bəyanatda bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti