İŞİD hərbi parad keçirdi

İŞİD hərbi parad keçirdi
  17 Noyabr 2014    Oxunub:2093
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları Liviyanın Baqa vilayətində hərbi parad keçirib.
Bu barədə AzVision.az ərəb KİV-nə istinadən xəbər verir.

Terrorçuların sözlərinə görə, Liviyada “ordu” İslam və ümməti qoruyacaq.
Ekspertlərin fikrincə, ABŞ və koalisiya qüvvələrinin Suriya və İraqda İŞİD-ə aviazərbələr endirməsindən sonra terrorçular Liviyada aktivləşməyə başlayıblar.

Daha əvvəl İŞİD terror təşkilatının lideri Abu Bəkr əl-Bağdadi Liviya, Səudiyyə Ərəbistanı, BƏƏ, Yəmən və digər ölkələrə hücum edəcəklərini bəyan etmişdi.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti