Polşalı diplomatlar Rusiyadan qovuldu

Polşalı diplomatlar Rusiyadan qovuldu
  17 Noyabr 2014    Oxunub:1863
Rusiya statuslarına uyğun olaraq fəaliyyət göstərməyən bir sıra polşalı diplomatları öz ölkələrinə deportasiya edib.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Məlumata əsasən, Rusiya XİN-i bu addımı rusiyalı diplomatların Polşadan çıxarılmasına cavab olaraq atıb.

“Çox təəssüflər olsun ki, Polşa rəhbərliyi bu cür dostcasına və əsaslı olmayan addım atdılar. Bununla əlaqədar Rusiya tərəfindən də adekvat addımlar da atıldı və artıq bır sıra polşalı diplomatlar statusu ilə əlaqədar olmayan fəaliyyətlərinə görə, ölkəni tərk ediblər.”, - deyə Rusiya XİN-in yaydığı bəyanatda bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti